Düşmənin iç üzü. XIX-əsrin sonu XX-əsrinəsrin əvvəllərində Türkiyə və Cənubi Qafqazda erməni terrorizminin tarixi. I hissə
B.Nəcəfov

Kitabda XIX əsrin sonlarında «Daşnaksütyun» partiyasının fəaliyyətində özünün bitkin ifadəsini tapan erməni terrorçuluğunun insanlığa zidd mahiyyəti ifşa
olunur. «Daşnaksütyun», «Hnçak» və digər erməni terrorçu partiyaların fəaliyyəti, onların özgə torpaqların işğalına və qonşu xalqların sıxışdırılmasına yönəldilmiş
ikiüzlü siyasəti işıqlandırılır. Erməni terrorçuluğunun inkişafında erməni teokratiyası və Eçmiədzinin rolu, «Daşnaksütyun»un xarici əlaqələri Türkiyədə və Cənubi Qafqazda onun gizli fəaliyyəti göstərilmişdir. Kitabın birinci hissəsində 1890-1917-ci illər dövrü öz ifadəsini tapır. Orada «Daşnaksütyun»un fəaliyyətinə aid əvvəllər çap olunmayan çoxsaylı arxiv materialları ilk dəfə elmi dövriyyəyə çıxarılıb. Tarixi hadisələrin təhlili ilə kifayətlənməyən müəllif eyni zamanda geniş şəkildə onları bugünkü günlə əlaqələndirir. Bu cəhətdən Bəxtiyar Nəcəfovun kitabı təkcə tarixi tədqiqat materialı deyil, həm də publisistik əsərdir. O, Azərbaycan xalqının mübarizə və ədalətli ümid və arzularının coşğunluğunun parlaq ifadəsini təcəssüm etdirir.
Baki, © «Çaşıoğlu», 440 səh.


Язык: az
Год: 2007

Библиотека

Древние армянские историки, как исторические источники

Подробнее

Социальные сети