Azərbaycan rəhbərliyində ixtilaflar və daxili siyasi çəkişmələr (1920-1925-ci illər)
R.M.Bayramova

Müstəqil, demokratik, çoxpartiyalı cəmiyyətin mövcud olduğu birzamanda totalitar sovet rejimində baş vermiş siyasi proseslərin əsil mahiyyətiniaçıqlamaq, xüsusən də dövlət rəhbərliyindəki daxili ixtilaflardan, siyasiçəkişmələrdən bəhs etmək asan olduğu qədər də məsuliyyətli, ciddi tədqiqatmövzusu hesab edilə bilər. İdeoloji diqtədən uzaq, obyektiv tədqiqat imkanı olduğu bir şəraitdə 1920-1925-ci illərin ab-havasını, dövlət idarəçiliyi mexanizminin özünəməxsus xüsusiyyətlərini bilmək, siyasi müstəvidə şəxsi keyfiyyətlərdən doğan, müstəqil xarakter daşıyan mübarizənin təhlilini vermək xeyli zəhmət tələb edən vəzifədir.R.M.Bayramovanın «Azərbaycan rəhbərliyində ixtilaflar və daxili siyasiçəkişmələr (1920-1925-ci illər)» monoqrafiyası bu problemə həsr olunmuş mühüm əhəmiyyətə malik ilk əsərdir. Monoqrafiya həm mütəxəssislər, həm də geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuşdur. 


Язык: az
Год: 2007

Библиотека

Qarabağ. Real tarix, faktlar, sənədlər. Garabagh. Real history, facts, documents

Подробнее

Социальные сети